Tələblər
- Ali təhsil (Texniki və ya mühəndislik sahəsi üstünlükdür)
- Avtomobil və ya servis sahəsində 3 ildən artıq iş təcrübəsi
- Zəmanət və servis prosesləri üzrə biliklər
- Avtomobil quruluşu, texniki diaqnostika və ehtiyat hissələri haqqında geniş məlumat
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti
- Dəqiqlik, məsuliyyət və operativlik
- Komanda ilə işləmək və servis mərkəzləri ilə düzgün kommunikasiyanı təmin etmək bacarığı
- Azərbaycan dilində səlis, rus və ingilis dillərini bilmək üstünlükdür
Vəzifə Öhdəlikləri
- Zəmanət müraciətlərinin qəbul edilməsi, yoxlanılması və şirkət prosedurlarına uyğun təsdiqlənməsi
- Avtomobil və ehtiyat hissələri üzrə zəmanət şərtlərinin təhlili və düzgün tətbiqi
- Zəmanət iddialarının sənədləşdirilməsi və sistemə daxil edilməsi
- Qüsurların texniki diaqnostikası və səbəblərin müəyyən edilməsi
- Servis mərkəzləri ilə əlaqə saxlayaraq diaqnostika və təmir proseslərinin koordinasiyası
- İstehsalçı ilə zəmanət iddialarının razılaşdırılması
- Zəmanət siyasətində olan yeniliklərin tətbiqi və servis komandalarına ötürülməsi
- Zəmanət üzrə mübahisəli halların araşdırılması və həlli
- Aylıq və illik hesabatların hazırlanması, zəmanət statistikalarının analizi
- Müştəri müraciətlərinin qəbul edilməsi və operativ şəkildə cavablandırılması
- Zəmanət xidmətinin keyfiyyətinin artırılması üçün təkliflər verilməsi
İş Şəraiti
- 6 günlük iş qrafiki
- Ünvan Bakı şəhəri Nərimanov rayonu
- Paşa könüllü tibbi sığorta ilə təmin olunma
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerdində “Zəmanət üzrə mütəxəssis” qeyd edərək CV formasını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.