Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis

  • Истекает 4 октябрь 2026

 

SR Logistics and Transport MMC komandamıza məsuliyyətli, operativ və peşəkar Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis axtarır.

 

Əsas vəzifələr:

İdxal, ixrac, tranzit və digər gömrük prosedurları üzrə rəsmiləşdirmələrin həyata keçirilməsi;

Gömrük bəyannamələrinin hazırlanması və elektron sistemlərə təqdim edilməsi;

Qısa İdxal Bəyannamələrinin hazırlanması və nəzarəti;

Malların XİF ƏN kodlarının müəyyən edilməsi və düzgün təsnifatının aparılması;

İnvoice, Packing List, CMR, BL, mənşə sertifikatı, icazə və digər gömrük sənədlərinin yoxlanılması;

Gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində iştirak;

Gömrük orqanları ilə yazılı və şifahi əlaqələrin aparılması;

Gömrük orqanlarından yaranan sual, irad və problemlərin operativ həlli;

Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi;

Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;

Müştərilər və logistika şirkətləri ilə operativ işgüzar yazışmaların aparılması;

Gömrük rəsmiləşdirilməsi ilə bağlı hesabatların hazırlanması.

Namizədə tələblər:

Ali təhsil – logistika, iqtisadiyyat, beynəlxalq ticarət, gömrük və ya əlaqəli ixtisaslar;

Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas attestatı – üstünlük/müvafiq vəzifələr üçün tələb olunur;

Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 2 il iş təcrübəsi;

Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə yaxşı bilik;

Gömrük prosedurları və gömrük bəyannamələrinin hazırlanması üzrə praktiki təcrübə;

XİF ƏN kodlarının müəyyənləşdirilməsi və malların təsnifatı üzrə bacarıq;

e-Gömrük və digər elektron gömrük sistemləri ilə işləmək bacarığı;

MS Word, MS Excel və MS Outlook proqramlarından sərbəst istifadə;

Gömrük sənədlərinin hazırlanması və yoxlanılması bacarığı;

Rəsmi e-mail və işgüzar yazışma bacarığı;

Azərbaycan dilində səlis yazılı və şifahi nitq;

İngilis və/və ya rus dili biliyi üstünlükdür;

Analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı;

Diqqətli, məsuliyyətli və detallara həssas olmaq;

Komandada işləmək bacarığı.

Üstünlük veriləcək namizədlər

Gömrük brokeri və ya logistika şirkətində iş təcrübəsi olan;

Neft-qaz, sənaye və texniki avadanlıqların gömrük rəsmiləşdirilməsi üzrə təcrübəsi olan;

Müxtəlif gömrük prosedurları və rejimləri üzrə praktiki biliyə malik olan;

Gömrük orqanları ilə operativ iş və problemli yüklərin rəsmiləşdirilməsi təcrübəsi olan namizədlər.

 

İş qrafiki: 5 günlük

Yaş: 25-35

İş yeri: Bakı şəh, Qaradağ rayonu

Şirkət tərəfindən Nahar və Nəqliyyat təmin olunur.

Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.

 

CV-ləri: [email protected]

  • Daily0
  • Weekly594
  • Monthly480