S SRC LLC
  • 238

Müştəri Xidməti və Rezervasiya koordinatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştəri Xidməti və Rezervasiya koordinatoru

  • Deadline 8 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət: SRC MMC (SIXT Azərbaycan)

İş yeri: Hilton otel, Bakı şəhəri

Vəzifə öhdəlikləri

  • Müştərilərə SIXT icarə xidmətləri, tariflər, xidmət haqları, sığorta paketləri və depozit şərtləri barədə dolğun məlumat verilməsi
  • Daxil olan rezervasiyaların qəbulu, avtomobilin statusunun yoxlanılması və Cobra sistemində rəsmiləşdirilməsi
  • Sifariş edilən avtomobil sinfi mövcud olmadıqda müştəriyə uyğun alternativin təklif edilməsi
  • İcarə müqavilələrinin və təhvil-təslim sənədlərinin hazırlanması, əlaqədar şöbələrlə məlumat mübadiləsi
  • İcarədən qayıdan avtomobillərin ödənişlərinin qəbulu və depozit statusunun bağlanması
  • Rezervasiyaların SOP-da müəyyən edilmiş müddətdə bağlanması və gündəlik hesabatın əlaqədar şöbələrə təqdim edilməsi
  • Müştərilərlə telefon və e-poçt vasitəsilə nəzakətli yazışma və ünsiyyət
  • Müştərilərə istiqamət, xəritə və yerli ərazi məlumatlarının təqdim edilməsi
  • Müştəri problemlərinin və şikayətlərinin operativ həlli, həll mümkün olmadıqda rəhbərə ötürülməsi
  • SIXT korporativ geyim, xarici görünüş və davranış standartlarına riayət, SIXT-in tələb etdiyi təlim və imtahanlarda iştirak
  • Əlavə xidmətlərin təklif edilməsi və aylıq / illik satış hədəflərinin yerinə yetirilməsi

Tələblər

  • Təhsil: Turizm, Biznesin idarə edilməsi, Marketinq, Müştəri xidmətləri və ya əlaqəli sahələr üzrə ali təhsil (Bakalavr dərəcəsi);
  • İş təcrübəsi: Müştəri xidmətləri və ya satış sahəsində 1 ilədək iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində, İngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi ünsiyyət bacarığı);
  •  İT və proqram bilikləri: MS Office proqramları üzrə əmin istifadə bacarığı; rezervasiya sistemləri (Cobra) ilə işləmək və yeni proqram təminatlarını tez mənimsəmək qabiliyyəti (sistemlə iş üzrə təlim keçiriləcəkdir); 
  • İş qrafiki: Növbəli iş qrafikinə uyğunlaşma bacarığı.

Şəxsi Keyfiyyətlər (Soft Skills):

  • Müştəriyönümlülük: SIXT-in "Müştəri hər zaman mərkəzdədir" prinsipini rəhbər tutaraq yüksək nəzakət, peşəkar və aydın ünsiyyət nümayiş etdirmək;
  • Şəxsi keyfiyyətlər: Təşəbbüskarlıq, çeviklik, problem həlletmə və gərgin iş şəraitində (təzyiq altında) dərhal və dəqiq qərarlar qəbul edə bilmək;
  • Komanda işi: Komanda tərkibində effektiv və həmkarlarla harmoniyada işləmək bacarığı;
  • Məxfılik və Korporativ Standartlar: Müştərilərin fərdi və ödəniş məlumatlarının məxfıliyini tam qorumaq; SIXT-in korporativ geyim və xarici görünüş (dress-code) standartlarına ciddi əməl etmək.

Üstünlük veriləcək

  • İngilis dii və Rus dil biliklərinə 
  • Müştəri ilə işdə təcrübə (otel, turizm sahəsində)

İş şəraiti

  • Əmək haqqı: 900 AZN + (performansa görə bonus)
  • İş qrafiki: 6 günlük, Bazar günü istirahət, Şənbə günü qısa iş günü 

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Rezervasiya agenti mövzusu ilə göndərə bilərlər.

  • Daily10
  • Weekly598
  • Monthly848