Vəzifə öhdəlikləri:
- Anbarda stok səviyyələrinə nəzarət etmək, daxil olan və çıxan materialların qeydiyyatını aparmaq;
- Anbara daxil olan yüklərin qəbulu, çeşidlənməsi və sistemli şəkildə yerləşdirilməsini təmin etmək;
- Stok hərəkətlərinin inventar idarəetmə sistemi (SRMS – təlimi keçiriləcəkdir) vasitəsilə düzgün qeyd olunmasını təmin etmək;
- Anbar avadanlıqlarından (forklift və s.) təhlükəsizlik qaydalarına uyğun istifadə etmək;
- Anbarın təmizliyinə, səliqəsinə və materialların düzgün saxlanmasına nəzarət etmək;
- Daxili sifarişlər üzrə materialların hazırlanması və vaxtında təhvil verilməsini təmin etmək;
- Dövri inventarizasiya proseslərində iştirak etmək, uyğunsuzluqların minimuma endirilməsinə kömək etmək;
- Rəhbərlik və komanda üzvləri ilə effektiv əməkdaşlıq etmək.
Tələblər:
- Ali təhsil;
- Anbar və ya inventar idarəetməsi üzrə minimum 2 il iş təcrübəsi (müvafiq sertifikat, diplom üstünlükdür);
- Microsoft Office proqramlarında (Excel, Word) sərbəst işləmək bacarığı;
- Inventar idarəetmə sistemləri haqqında bilik (SRMS proqramı üzrə təlim veriləcək);
- Diqqətlilik və dəqiqlik;
- Yüksək təşkilatçılıq bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Anbar təhlükəsizlik qaydalarını bilmək və forklift kimi avadanlıqlardan istifadə təcrübəsi.
Şərtlər:
- İş qrafiki: 5 günlük;
- İş yeri: Böyükşor lokomotiv deposu
- Əmək haqqı: razılaşma yolu ilə
Tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməkləri xahiş olunur.