Təsvir:
- Mobil tətbiqlərin (iOS və Android) hazırlanması, optimallaşdırılması və komanda ilə yaxın əməkdaşlıq edərək yüksək performanslı, miqyaslana bilən məhsullar yaratmaqdan məsul olacaqsınız. İş ofisdəndir.
Vəzifələr:
- React Native istifadə edərək mobil tətbiqlər hazırlamaq və dəstəkləmək
- Yenidən istifadə oluna bilən komponentlər və modul strukturlar qurmaq
- REST API və backend servisləri ilə inteqrasiya etmək
- Performans, animasiya və UI sürətini optimallaşdırmaq
- Dizaynerlərlə birlikdə yüksək keyfiyyətli UI/UX tətbiq etmək
- Debug, test və mobil relizləri App Store & Google Play-ə hazırlamaq
- Backend və DevOps komandaları ilə sıx əməkdaşlıqda işləmək
𝗧ələblər:
- React Native üzrə minimum 2 il təcrübə
- JavaScript/TypeScript bilikləri
- Xcode, Android Studio, Gradle kimi mobil build alətləri ilə təcrübə
- Redux, Zustand, MobX və ya digər state management librarylər ilə tanışlıq
- Third party libraryler, API və native modullar ilə inteqrasiya təcrübəsi
- Üstünlük: Push bildirişləri, analitika və mobil CI/CD prosesləri haqqında bilik
Nə təklif edirik:
- Rəqabətli əməkhaqqı
- İnkişaf yönümlü, əməkdaş komandada çalışma imkanı
- Elastik iş saatları və hibrid/remote imkanları
- Müasir, istifadəçi yönümlü mobil tətbiqlər yaratmaq imkanı
𝗠üraciət üçün:
CV və portfolio-nuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Email mövzu hissəsində “React Native Developer” yazmağınızı xahiş edirik.