Hüquqşünas

  • Deadline 16 Yanvar 2025

Vəzifə öhdəlikləri:

  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək

İş şəraiti:

  • Dinamik iş mühiti;
  • Şəxsi və peşəkar inkişaf imkanı;
  • Nahar və telefon xərcləri şirkət tərəfindən ödənilir.
  • 3 aylıq sınaq müddətindən sonra tibbi sığorta;
  • İş qrafiki: Bazar ertəsi-Cümə 09:00-dan 18:00-dək;
  • Əmək haqqı təhsilinizə, təcrübənizə və peşəkar keyfiyyətlərinizə əsasən müəyyən ediləcək.
  • Daily0
  • Weekly287
  • Monthly1931