Product specialist

  • Deadline 16 Yanvar 2025

İşin təsviri:

Xarici partnyorlar və daxili komandanın əlaqələndirilməsi üçün ingilis dili biliyinə malik Product Specialist axtarırıq. Bu vəzifədə siz partnyor və tədarükçülərdən gündəlik daxil olan səhv (bug) hesabatlarını və tələbləri qəbul edərək, onları dəqiq və aydın şəkildə inkişaf qrupuna yönləndirəcəksiniz

Vəzifə öhdəlikləri:

  • Partnyor və tədarükçülərdən daxil olan problemləri diqqətlə nəzərdən keçirmək və bütün zəruri məlumatları toplamaq.
  • Texniki geri bildirimləri sadə və başadüşülən formada komandaya çatdırmaq.
  • Maraqlı tərəflərlə davamlı əlaqə saxlamaq, problemlərin statusu haqqında onları məlumatlandırmaq.
  • Biznes tərəfi ilə sıx əməkdaşlıq edərək məhsulun prioritetlərini müəyyənləşdirmək və backlog-u tənzimləmək.
  • Düzəliş və təkmilləşdirmələrin tələblərə uyğunluğunu yoxlamaq üçün istifadəçi qəbul testlərində (UAT) iştirak etmək.

Tələblər:

  • Yüksək səviyyədə ingilis dili (yazılı və şifahi) bacarığı.
  • Müştərilərlə iş sahəsində ən azı 1 illik təcrübə (intern və junior vəzifələr də uyğundur).
  • Məhsul anlayışına malik olmaq; proqram təminatı inkişafı sahəsində təcrübə üstünlük sayılır.
  • Diqqətcil, təşkilatçılıq bacarıqları yüksək, eyni vaxtda bir neçə sorğunu idarə edə bilmək.
  • Dinamik mühitdə öyrənməyə və peşəkar inkişafına həvəsli olmaq.
  • Daily0
  • Weekly287
  • Monthly1931