Vəzifə öhdəlikləri
- Kamera müşahidə sistemlərinin (CCTV) kabel çəkilişinin və quraşdırılmasının həyata keçirilməsi;
- Yanğın və mühafizə siqnalizasiya sistemlərinin kabel çəkilişi, sensor, siren və digər avadanlıqların quraşdırılmasının icra edilməsi;
- Şəbəkə (UTP, FTP, Fiber Optik) və enerji xətlərinin çəkilməsi;
- Kabel kanalları, borular və metal konstruksiyaların montajında iştirak;
- NVR, DVR, switch, PoE switch, access point və digər avadanlıqların fiziki quraşdırılmasının həyata keçirilməsi;
- Təqdim olunmuş layihə və montaj sxemlərinə dəqiq uyğun olaraq işləmək;
- Görülmüş işlər və cari proses barədə texniki rəhbərə müntəzəm hesabatların təqdim edilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- 6 günlük iş həftəsi;
- Əmək haqqı 600-700 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Tələblər:
- Zəif cərəyan, elektrik və ya təhlükəsizlik sistemləri üzrə sahəsində ilkin nəzəri və praktiki biliklər;
- Elektrik alətlərindən təhlükəsiz istifadə etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kiçik texnik (kamera və siqnalizasiya sistemləri üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.