Biz akademiyamızda yeni yaradılmış Karyera Mərkəzinə koordinator axtarırıq.
Karyera Mərkəzi tələbə və məzunlara iş tapmaqda, təcrübə proqramlarında iştirak etməkdə və karyera inkişafını planlaşdırmaqda dəstək göstərən bir struktur bölmədir. Mərkəz həmçinin IT şirkətləri və digər işəgötürənlərlə sistemli əməkdaşlıq qurur.
Vəzifə öhdəlikləri:
- Karyera tədbirlərinin (vakansiya yarmarkaları, görüşlər, seminarlar, master-klaslar) təşkili
- Tələbə və məzun bazasının idarə olunması
- Şirkətlərlə əlaqələrin koordinasiyası və əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi
- Karyera məsləhət sessiyalarının və təlimlərinin təşkili
- Mərkəzin gündəlik inzibati işlərinin idarə olunması
Tələblər:
- Proyekt idarəçiliyi, təhsil sahəsində minimum 2 il iş təcrübəsi
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları
- Məsuliyyətlilik və təşəbbüskarlıq
- Komandada işləmək bacarığı
- Ofis proqramları və məlumat bazaları ilə işləmək bacarığı
Biz təklif edirik:
- Peşəkar və dinamik komandada inkişaf imkanı
- Gənclərin karyera inkişafına real təsir etmək fürsəti
- 5 günlük iş qrafiki (10:00-18:00)
- Rahat və müasir iş mühiti
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanında gözləyirik. Məktubun mövzu bölümündə vakansiyanın adını qeyd etməyi unutmayın.