Vəzifə öhdəlikləri:
- Öz fəaliyyətində şirkətin Nizamnaməsini, daxili intizam qaydalarını, marketinq siyasətini, korporativ brend standartlarını, rəhbərliyin əmr və sərəncamlarını, habelə bu vəzifə təlimatını rəhbər tutmaq;
- Marketinq strategiyası və kommunikasiya planına uyğun olaraq sosial media, rəqəmsal platformalar və çap məhsulları üçün vizual materiallar hazırlamaq;
- Sosial media paylaşımları, storilər, reklam bannerləri və digər rəqəmsal kontentlərin dizaynını hazırlamaq;
- Meta, Google və digər rəqəmsal platformalar üçün reklam vizuallarını hazırlamaq və müxtəlif formatlara uyğunlaşdırmaq;
- Akademiyanın rəsmi internet saytı və digər rəqəmsal platformaları üçün vizual materialların hazırlanmasını və yenilənməsini təmin etmək;
- Tədbirlər, seminarlar, master-klasslar və digər layihələr üçün banner, roll-up, backdrop, sertifikat, təqdimat, dəvətnamə və digər vizual materialları hazırlamaq;
- Çap məhsullarının dizaynını hazırlamaq, mətbəəyə təqdim ediləcək faylların texniki tələblərə uyğunluğunu təmin etmək və istehsal prosesini koordinasiya etmək;
- Motion dizayn, animasiya və digər qısa video vizuallar hazırlamaq;
- Şirkətin korporativ vizual üslubunun və brend standartlarının bütün dizayn materiallarında qorunmasını təmin etmək;
- Marketinq şöbəsinin rəhbəri və marketinq mütəxəssisləri tərəfindən verilən dizayn tapşırıqlarını müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirmək;
- Süni intellekt əsaslı dizayn alətlərindən və digər müasir texnologiyalardan istifadə etməklə iş prosesinin səmərəliliyini artırmaq;
- Hazırlanmış dizayn materiallarının keyfiyyətinə, texniki düzgünlüyünə və istifadə olunacaq platformaların tələblərinə uyğunluğunu təmin etmək;
- Hazırlanmış dizayn fayllarının sistemli şəkildə saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
- Tabe olduğu rəhbərin verdiyi digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Bilməlidir:
- Dizayner öz fəaliyyətində qrafik dizayn prinsiplərini, korporativ brend standartlarını, vizual kommunikasiya qaydalarını, çap məhsullarının hazırlanması üzrə texniki tələbləri, rəqəmsal platformalar üçün dizayn standartlarını və istifadə etdiyi dizayn proqramlarının funksiyalarını rəhbər tutur.
İxtisas tələbləri:
- Qrafik dizayn sahəsində minimum 2 (iki) il iş təcrübəsinə malik olmalıdır;
- Adobe Photoshop, Adobe Illustrator və Adobe InDesign proqramlarından sərbəst istifadə bacarığına malik olmalıdır;
- Adobe After Effects, Adobe Premiere Pro və ya digər motion/video proqramlarını bilməsi üstünlük hesab olunur;
- Süni intellekt əsaslı dizayn alətlərindən (Adobe Firefly, ChatGPT və s.) istifadə bacarığına malik olması üstünlük hesab olunur;
- MS Office proqramlarından istifadə bacarığına malik olmalıdır;
- Azərbaycan dilini sərbəst bilməli, ingilis dili və rus dili bilikləri üstünlük hesab olunur.
İş şəraiti
- 5 günlük iş həftəsi
- Kreativ və dinamik iş mühiti;
- Maraqlı layihələr üzərində işləmək imkanı;
- Peşəkar inkişaf və yeni ideyaları reallaşdırmaq üçün dəstək.
CV və portfolionuzu "Qrafik dizayner" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanında gözləyirik.