Vəzifənin təsviri:
- Yükaşırma əməliyyatlarını başlamazdan əvvəl görüləcək iş barəsində növbə rəisi iş yerində təlimat almalı və Naryad-Tapşırıq cədvəlində imza atmalıdır,
- Bilavasitə iş yerində təlimat alarkən mütləq həmin iş üzrə texnoloji xəritədə olan yükaşırma əməliyyatının yerinə yetirilməsi texnologiyası ilə tanış olmalıdırlar və bu sənədin tələblərinə əməl etməlidirlər,
- Əməliyyat aparılacaq ərazidə FMV-də, İşarəçi təyin olunmuş işçilər isə sarı rəngdə jiletdə olmalıdır,
- Növbə ərzində yükaşırma işlərinin aparılmasını bilavasitə iştirak etmək,
- Lazım olacaq yükaşırma avadanlıqları və mexanizmlərin takelaj anbarı və mexanizasiya şöbəsindən almalı, iş bitdikdən sonra isə geri qaytarmalı,
- Yükləyiciləri, digər maşınları və yükaşırma alət və avadanlıqların texniki sazlığına əmin olmalıdırlar, qüsur aşkar etdikdə növbə rəisinə məlumat verməlidirlər, (nasazlıqlar aradan qaldırılanadək işə başlamaq qadağandır!)
- Yükaşırma maşınlarını idarə edən doker-mexanizatorlar növbə mexanikinə maşını idarə etmək hüququ verən vəsiqəsini (sertifikatı) təqdim edərək maşını təhvil-təslim etməli və təlimatlandırılmalıdır,
- Yükaşırma əməliyyatlarında yüklərin bağlanması və açılması,
- Daşınan yüklərin təhlükəsizliyi üçün yükləyici və kran operatorlarına işarələrin verilməsi,
- Yük maşınlarını, vaqonları, gəmiləri yükləmək və boşaltmaq,
- Dağılmış yüklərin yenidən yığılması və yüklənməsi,
- Növbənin sonunda iş ərazisinin təmizlənməsi.
İş barədə məlumat:
- Beynəlxalq yük daşımaları
- İş rejimi: 2 növbəli
- Servis və yeməklə təmin olunur.
- İş yeri: Bakı şəhəri ,Qaradağ rayonu
Tələblər:
- Minimal təhsil pilləsi: Orta və ya orta ixtisas
- Minimal iş təcrübəsi: 6 ay arzuolunandır
- Sertifikat: İşarəçi-ilməkçi və avtoyükləyici idarə edilməsi sertifikatları olması arzuolunandır.
Əlaqə nömrəsi: 0555120208/0125980208
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.