🔹 Əsas vəzifə öhdəlikləri:
• Yüksək təzyiqli buxar qazanlarının təhlükəsiz və fasiləsiz istismarını təmin etmək;
• Qazanların işə salınması, dayandırılması və iş rejiminin tənzimlənməsini həyata keçirmək;
• Su səviyyəsi, buxar təzyiqi və temperatur göstəricilərinə nəzarət etmək;
• Buxar istehlakı qrafikinə uyğun olaraq qazanların yükünü tənzimləmək;
• Növbə jurnalını aparmaq və texniki qeydləri vaxtında daxil etmək;
• Qaz sərfiyyatına və sayğac göstəricilərinə gündəlik nəzarət etmək;
• Qazanların, köməkçi mexanizmlərin və nəzarət-ölçü cihazlarının profilaktik baxışını keçirmək;
• Planlı təmir və texniki xidmət işlərində iştirak etmək;
• Qəza hallarında avadanlıqların təhlükəsiz dayandırılmasını təmin etmək və müvafiq tədbirlər görmək;
• İstehsalat sahəsində təmizlik, səliqə və təhlükəsizlik qaydalarına riayət etmək.
🔹 Tələblər:
• Qazanxana avadanlıqlarının iş prinsipləri üzrə biliklər;
• Nəzarət-ölçü cihazları və istilik texnikası sahəsində əsas biliklər;
• Nasoslar, elektrik mühərrikləri və su təmizləmə sistemləri üzrə anlayış;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək;
• İstehsalat müəssisələrində analoji vəzifədə iş təcrübəsi üstünlükdür.
🔹 Şirkət tərəfindən verilən imtiyazlar:
• Nahar;
• Könüllü tibbi sığorta;
• Servis nəqliyyatı.