Kiçik mühəndis

  • Deadline 6 Sentyabr 2026

Namizədə olan tələblər:

  • Ali təhsili (sahə üzrə arzuolunandı, texniki)
  • Təmir və texniki xidmət sahəsində iş təcrübəsi arzuolunandır
  • Texniki sənədlərlə işləmək bacarığı
  • Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı
  • Texniki çertyoj və sxemləri oxuma bacarığı üstünlük hesab edilir

Ümumi vəzifə öhdəlikləri:

  • İstehsalat avadanlıqlarının təmir və texniki xidmət proseslərinin təşkili və icrasında iştirak etmək;
  • Planlı və qəza təmirləri ilə bağlı texniki sənədlərin hazırlanmasına və uçotunun aparılmasına dəstək vermək;
  • Avadanlıqların fasiləsiz , texniki xidmətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Təmir və texniki xidmət üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək;
  • Texniki sənədlərin, aktların, sifarişlərin və digər aidiyyəti sənədlərin hazırlanmasını və uçotunu aparmaq;
  • İstehsalat sahələrində texniki vəziyyətin monitorinqini aparmaq və təkliflər vermək;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily120
  • Weekly560
  • Monthly577