Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır;
Hansı işləri görəcəksiniz?
- Maliyyə əməliyyatlarına, pul vəsaitlərinin hərəkətinə nəzarətin təmin edilməsi;
- Təşkilatın bank əlaqələrinin monitorinqi və idarə edilməsi;
- Xəzinədarlığın işlənmiş bütün maliyyə məlumatlarının düzgünlüyünə, tamlığına cavabdehlik;
- Bank və kredit hesablarının üzləşdirilməsi və nəzarəti;
- Ödəniş sənədlərini yoxlamaq və düzəlişlər edilməsi üçün tədbir görmək;
- Gündəlik ödənişlərin həyata keçirilməsinə və ERP-də əks olunmasına nəzarət;
- Həftəlik "Nağd pul axını" hesabatını maliyyə direktoruna təqdim etmək;
- Kreditorlarla üzləşmələrə nəzarət;
- Aylıq statistika hesabatını vergiyə təqdim etmək;
- Aylıq ƏDV bəyənnaməsinin hazırlanması və vergiyə təqdim edilməsi;
- ÖMV və Əmlak bəyənnamələrinin hazırlanması və vergiyə təqdim edilməsi;
- Mənfəət bəyənnaməsinin hazırlanması və vergiyə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqların icrası;
Əlavə məlumatlar:
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- Könüllü tibbi sığorta
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.