Mühəndis-texnoloq mexaniki emal üzrə

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis-texnoloq mexaniki emal üzrə

  • Deadline 8 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin Təsviri

  • Mühəndis-texnoloq mexaniki emal proseslərinin (torna, frez, cilalama və s.) layihələndirilməsi, tətbiqi və optimallaşdırılmasına cavabdehdir. Məhsulun texniki çertyojlara uyğun olaraq ən səmərəli şəkildə istehsal edilməsi üçün texnoloji marşrutları və xəritələri hazırlamalıdır.

Əsas Vəzifə Öhdəlikləri

  • Detalların mexaniki emalı üçün texnoloji proseslərin (marşrutların) işlənilməsi.
  • İstehsalat üçün lazımi kəsici alətlərin, tərtibatların və ölçü cihazlarının seçilməsi.
  • Material sərfi normalarının və emal vaxtı normalarının təyin edilməsi.
  • Məhsulun keyfiyyətinə nəzarət məqsədilə texnoloji nizam-intizamın qorunmasına nəzarət.
  • İstehsalatda yaranan texniki problemlərin aradan qaldırılması və zay məhsulun qarşısının alınması üçün tədbirlərin görülməsi.
  • Yeni məhsulların istehsalata tətbiqi zamanı texnoloji sənədləşmənin (əməliyyat xəritələri və s.) hazırlanması.
  • Mövcud avadanlıqların səmərəliliyini artırmaq üçün istehsalat proseslərinin optimallaşdırılması.

Namizədə dair Tələblər

  • Ali təhsil (Maşınqayırma texnologiyası, Mexanika mühəndisliyi və ya müvafiq sahə).
  • Mexaniki emal (metal emalı) sahəsində mühəndis-texnoloq kimi iş təcrübəsi.
  • Texniki çertyojları mükəmməl oxuma və anlama bacarığı.
  • Materialşünaslıq və kəsmə nəzəriyyəsi sahəsində dərin biliklər.
  • CAD proqramlarında (Siemens NX, AutoCAD, SolidWorks və s.) işləmə bacarığı.
  • İstehsalat avadanlıqlarının (universal və CNC dəzgahların) iş prinsiplərini bilmək.
  • Yüksək texniki sənədləşmə qabiliyyəti.
  • CAM proqramlarında (Siemens NX, MasterCAM, SolidCAM və s.) işləmə bacarığı.

Şəxsi Keyfiyyətlər

  • Texniki düşüncə tərzi və mühəndis yanaşması.
  • Gərgin iş qrafikində işləmək və çevik qərar vermək bacarığı.
  • Nəticəyönümlülük və yüksək məsuliyyət hissi.
  • Detallara qarşı diqqətlilik.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily7
  • Weekly657
  • Monthly790