S STP-AMZ
  • 294

STP-AMZ

Other

Planlama Mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama Mühəndisi

  • Deadline 14 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölməsi: Rəhbərlik

Qısa Təsvir:
Planlama mühəndisi neft-qaz və qeyri-neft qaz sənayesində həyata keçirilən layihələrin səmərəli, vaxtında və büdcəyə uyğun şəkildə icrasını təmin etmək məqsədilə işlərin planlaşdırılması, icra prosesinin izlənməsi və təhlili üzrə məsul şəxsdir. Bu rol, layihə müddətində resursların optimallaşdırılmasına və risklərin vaxtında aşkara çıxarılmasına dəstək verir.

Əsas Vəzifə və Öhdəliklər:
Qrafik və Layihə Planlaşdırılması

  • Müqavilə və layihə tələblərinə uyğun olaraq iş qrafiklərinin (baseline schedule) hazırlanmasına rəhbərlik etmək
  • Mühəndislik, təchizat, tikinti və sınaq mərhələlərini əhatə edən məntiqi iş ardıcıllıqlarını qurmaq və əlaqələndirmək
  • Layihə strukturu üzrə iş bölgüsü (WBS – Work Breakdown Structure) və layihə hesabat strukturunu (PBS) formalaşdırmaq
  • Layihənin kritik yolunu (Critical Path) müəyyənləşdirmək və ona nəzarət etmək
  • Əməliyyat planlarının hazırlanması üçün resurs və müddət təhlillərini aparmaq

İzləmə və Hesabatlıq

  • Layihənin həftəlik və aylıq planlarını hazırlamaq və faktiki icra ilə müqayisəli analiz aparmaq
  • Gecikmə və kənarlaşmaların səbəblərini (delay analysis) araşdırmaq, təkliflər hazırlamaq və layihə komandasına təqdim etmək
  • Layihənin proqnozlaşdırılan müddət və büdcə ilə başa çatma ehtimalını qiymətləndirmək
  • İcra olunan işlərin hesabatlarını (progress report) tərtib etmək və rəhbərliyə təqdim etmək
  • Gecikmələrin təhlili və yenidən planlaşdırılması üçün layihə komandası və podratçılarla müzakirələr aparmaq
  • Podratçılarla Əlaqə və Koordinasiya
  • Podratçıların planlamalarına nəzarət etmək, onların təqdim etdiyi iş qrafiklərini yoxlamaq və razılaşdırmaq
  • Faktiki resurs istifadəsi ilə planlaşdırılmış resurslar arasında uyğunsuzluqları müəyyən etmək və hesabatlaşdırmaq
  • Sahədə aparılan işlərin plan üzrə sıra ilə və təhlükəsizlik standartlarına uyğun icrasını izləmək
  • İclaslarda İştirak və İnkişaf Planları
  • Layihənin həftəlik/aylıq planlama və koordinasiya iclaslarında iştirak etmək
  • İnkişaf planlarını hazırlamaq, SAP, Primavera P6 və ya digər planlama sistemlərində yeniləmələr aparmaq

Əlavə Tapşırıqlar

  • Layihə rəhbərliyi tərəfindən verilmiş digər planlama və analiz xarakterli tapşırıqları icra etmək
  • Risklər və imkanlarla bağlı proaktiv yanaşma sərgiləmək və erkən xəbərdarlıq mexanizmləri tətbiq etmək

Tələb Olunan Bilik, Bacarıq və Təcrübə:

  • Ali texniki təhsil (mühəndislik sahəsində – mexanika, neft-qaz, sənaye və s.)
  • Neft-qaz, enerji və ya ağır sənaye layihələrində minimum 5-7 il planlama təcrübəsi
  • Layihə planlaşdırılması üzrə Primavera P6, MS Project proqramlarında sərbəst işləmək bacarığı
  • MS Office proqramları, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmə bacarığı
  • Layihə idarəetməsi üzrə PMP və ya ekvivalent sertifikat üstünlükdür
  • Analitik düşüncə, vaxtı səmərəli idarəetmə və komanda ilə koordinasiya bacarığı
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dili biliyi, texniki sənədləri anlama və təqdimetmə bacarığı

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly653
  • Monthly1402