Neft-Qaz sektoru üzrə layihə meneceri

  • Истекает 7 октябрь 2026

Dənizdə və quruda həyata keçirilən irimiqyaslı neft-qaz infrastruktur layihələrimizi uğurla idarə edəcək, mürəkkəb mühəndislik proseslərinə hakim, təcrübəli Layihə Meneceri axtarırıq. Əgər siz qazma qurğuları, emal qurğuları və xüsusilə yüksək təzyiqli çənlərin, vessel-lərin istehsalı üzrə layihələrin idarə edilməsində güclü təcrübəyə maliksinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.

 

 

 

Əsas Vəzifələr:

  • Layihənin İdarə Olunması: Layihələrin ilkin mərhələdən (konsepsiya, dizayn) istehsal, sınaq və yekun təhvilə qədər bütün həyat dövrünün (Life Cycle) beynəlxalq standartlara uyğun idarə edilməsi.

 

  • Yüksək Təzyiqli Avadanlıqlar (Vessels) üzrə Nəzarət: Zavodumuzda istehsal olunan yüksək təzyiqli çənlərin və vessel-lərin ASME (Sec. VIII) kimi beynəlxalq standartlara qəti şəkildə uyğun hazırlanmasının təmin edilməsi.

 

  • Büdcə və Resursların Nəzarəti: Çoxmilyonluq layihə büdcələrinin tərtibi, xərclərə nəzarət, maliyyə proqnozlaşdırılması və resursların səmərəli bölgüsü.

 

  • Təchizat, İstehsal və Podratçılar: Avadanlıqların, xammalın (sertifikatlı polad plitalar, flanşlar və s.) satınalınması, sex daxili istehsalat, keyfiyyətə nəzarət (QC) və subpodratçıların fəaliyyətinin koordinasiyası.

 

  • Keyfiyyət və HSE (ƏM, Texniki Təhlükəsizlik və Ətraf Mühit): Neft-qaz sektorunun yüksək təhlükəsizlik standartlarına və sıfır bədbəxt hadisə siyasətinə qəti şəkildə riayət olunmasının təmin edilməsi.

 

  • Üçüncü Tərəf İnspeksiyaları (TPI) və Stakeholder-lər: Sifarişçilər, dövlət qurumları, daxili mühəndislik qrupları və beynəlxalq inspeksiya qurumları ilə effektiv əlaqələrin qurulması.

 

  • Risk İdarəetməsi: Layihənin gedişatında yarana biləcək texniki, maliyyə və logistik risklərin əvvəlcədən qiymətləndirilməsi və aradan qaldırılması planlarının hazırlanması.

 

Namizədə Olan Tələblər:

  • Təhsil: Mühəndislik (Neft-qaz, Maşınqayırma, Kimya və ya Proseslərin Avtomatlaşdırılması) və ya müvafiq sahə üzrə ali təhsil .

 

  • Təcrübə: Neft-qaz sektorunda və ya yüksək təzyiqli çənlərin/vessel-lərin istehsalı sahəsində ən azı 5-7 il olmaqla, ümumilikdə 10 ildən artıq iş təcrübəsi və bunun ən azı 4 ilini rəhbər/menecment vəzifəsində keçirmiş olmalı.

 

  • Sertifikatlar: PMP (Project Management Professional) və ya ASME kodları üzrə mütəxəssis sertifikatları arzuolunandır.

 

  • Standartlar: Neft-qaz sənayesinin beynəlxalq standartlarını (API, ASME, ISO, EN) və FIDIC müqavilə şərtlərini dərindən bilmək.

 

  • Dil Bilikləri: Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili bilməsi əlavə üstünlükdür).

 

  • Bacarıqlar: Güclü liderlik, böyük komandaları idarəetmə, çertyojları (CAD) oxumaq, təzyiq altında qərar qəbul etmə və analitik düşünmə qabiliyyəti.

 

Biz nə təklif edirik?

 

  • Tibbi sığorta və korporativ sosial təminatlar.

 

  • Beynəlxalq standartlara cavab verən layihələrdə şəxsi inkişaf və karyera yüksəlişi imkanı.

 

  • Peşəkar, dinamik və dəstəkləyici iş mühiti.

 

  • Daily118
  • Weekly118
  • Monthly599