“STP-BTECH” MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, baryerlərinin, istehsalı və quraşdırılması, o cümlədən yol xətləmə işlərinin aparılmasıdır.
Vəzifə Öhdəlikləri:
- Anbara daxil olan materialların qəbulunu və qeydiyyatını həyata keçirmək.
- Materialların düzgün yerləşdirilməsini və saxlanmasını təmin etmək.
- Anbardakı malların inventarizasiyasını aparmaq və dəqiqliklə sənədləşdirmək.
- Layihələr üçün tələb olunan materialların vaxtında yüklənməsini və çatdırılmasını təşkil etmək.
- Anbarın təmizliyini və təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək.
- Material ehtiyatlarını nəzarətdə saxlayaraq vaxtında sifarişlərin verilməsini təmin etmək.
- Avadanlıq və materialların daşınması zamanı təhlükəsizlik qaydalarına əməl etmək.
- Anbarla bağlı rəhbərliyə hesabatlar təqdim etmək.
Namizədə Tələblər:
- Anbar sahəsində ən azı 3 il iş təcrübəsi.
- Yükləmə-boşaltma işlərində təcrübə üstünlükdür.
- Səliqəli və dəqiq işləmə bacarığı.
- MS Office proqramları
İş şəraiti:
- İş saatları: 09:00-17:00 (6 günlük)
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi
Biz nə təklif edirik:
- Tibbi sığorta
- Naharla təmin edilmə
- Rəqabətədavamlı əmək haqqı
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş anbardar” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.