“STP-BTECH” MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, baryerlərinin, istehsalı və quraşdırılması, o cümlədən yol xətləmə işlərinin aparılmasıdır.
Vəzifə Öhdəlikləri:
- Rayonlarda yol xətləri, nişanlar və təhlükəsizlik sədləri ilə bağlı işlərin planlanmasını və qrafiklərinin tərtibini təmin etmək.
- Layihələrin vaxtında və keyfiyyətli şəkildə icrası üçün işçi heyətini idarə etmək və koordinasiya etmək.
- İşlərin icrası üçün lazım olan avadanlıq və materialların tələbatını müəyyən edərək təchizatını təşkil etmək.
- Yol nişanlarının və təhlükəsizlik sədlərinin düzgün quraşdırılmasına nəzarət etmək və keyfiyyət standartlarına uyğun icrasını təmin etmək.
- İşçi heyətinin yerləşməsi təşkil etmək.
- Sahədə əməyin təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək.
- Layihələrin icrası ilə bağlı rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək.
- Yerli dövlət qurumları ilə əlaqələri idarə etmək və icazələrin alınmasını təmin etmək.
- Problemlərin vaxtında həll olunması üçün lazımi tədbirlər görmək.
Namizədə Tələblər:
- Ali təhsil (Xəritə, Mexanika və ya İnşaat mühəndisliyi sahələri üzrə).
- Yol xətləri, nişanlar və təhlükəsizlik sədlərinin layihələndirilməsi və quraşdırılması sahəsində ən azı 3 il iş təcrübəsi.
- Sahə işləri, layihə planlama və komanda idarəetməsi üzrə təcrübə.
- Regionlarda yaşaya bilmə imkanı
- MS Office və AutoCAD proqramlarında işləmə bacarığı.
- Yüksək təşkilatçılıq, analitik düşüncə və problemləri həll etmə bacarığı.
İş şəraiti:
- İş saatları: 09:00-17:00 (6 günlük)
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi
Biz nə təklif edirik:
- Tibbi sığorta
- Rəqabətədavamlı əmək haqqı
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Naharla təmin edilmə
- Regionlarda yaşayışla təmin edilmə
Müraciət üçün:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə mühəndisi (Regionlar üzrə)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.