“STP-BTECH” MMC-nin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, baryerlərinin, istehsalı və quraşdırılması, o cümlədən yol xətləmə işlərinin aparılmasıdır.
Vəzifə Öhdəlikləri:
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizi, onların qarşısını almaq üçün tədbirlər hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- SƏTƏMM üzrə sənədləşdirmə işlərini həyata keçirmək;
- Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərində, risk qiymətləndirmələrində və insident araşdırmalarında iştirak etmək;
- SƏTƏMM üzrə uyğunsuzluqları və qüsurları aşkar edərək haqqında tədbir görülməsi üçün tapşırıqlar vermək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planlar hazırlamaq;
- Struktur bölmələrdə, istehsalatda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərdə iştirak etmək;
- İşə qəbul olunan yeni işçilərə, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatını, təkrar, plandan kənar və cari təlimatları keçirmək;
- İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Təlimat jurnallarının imzalanmasına nəzarət etmək;
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət etmək.
- Mövcud formada və qaydalara uyğun olaraq hesabatlar aparmaq;
Namizədə Tələblər:
- Ali texniki təhsil;
- SƏTƏMM üzrə minimum 3 il iş təcrübəsi;
- FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları” üzrə sertifikat;
- “İOSH” serifikatı (“NEBOSH”-a üstünlük verilir);
- Xarici dil biliyi ( İngili dili və ya Rus dili).
İş şəraiti:
- İş saatı: 09:00-17:00 (6 günlük);
- İş yeri: Binəqədi şossesi, 1-ci Mədən küçəsi 22 B.
- Ezamiyyələrdə iştirak etmək imkanı.
Biz nə təklif edirik:
- Tibbi sığorta;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Naharla təmin edilmə;
- Nəqliyyatla təmin edilmə;
Müraciət üçün:
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏMM üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.