“STP GLOBAL CABLE” MMC Əməliyyatların idarə olunması departamenti, Anbar bölməsinə “Baş anbardar” vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Ali təhsil;
- ERP (Logo Tiger) sistemində sərbəst işləmə bacarığı;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- İstehsalat müəssisəsinin xammal, yarımfabrikat və hazır məhsul anbarlarının fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi;
- Anbar təsərrüfatının kabel və elektrik istehsalının tələblərinə uyğun təşkil edilməsi;
- Anbar proseslərinin fasiləsiz və təhlükəsiz icrasının təmin olunması;
- Xammal və materialların idarə olunması;
- Kabel və elektrik istehsalında istifadə olunan xammalların (mis/alüminium tel, PVC, XLPE,
- izolyasiya materialları, barabanlar və s.) qəbulu, saxlanması və istehsalata verilməsinə nəzarət;
- Daxil olan materialların keyfiyyət və miqdar baxımından yoxlanılması, uyğunsuzluqların aşkar edilməsi və rəhbərliyə bildirilməsi;
- Xammalların FIFO/FEFO prinsiplərinə uyğun saxlanmasının təmin edilməsi;
- Hazır kabel məhsullarının (barabanlı, rulonlu və s.) anbara qəbulu, saxlanması və göndərişinin təşkili;
- Yarımfabrikatların istehsalat mərhələləri üzrə düzgün uçotunun aparılması;
- Müştəri sifarişlərinə uyğun məhsul yığımı və vaxtında təhvil verilməsinin təmin edilməsi;
- Anbara daxilolma, çıxış və daxili köçürmələrin LOGO ERP sistemində vaxtında və düzgün qeydiyyatı;
- Anbar qalığı, istehlak norması və inventar məlumatlarının ERP üzərindən izlənməsi;
- ERP sistemində sənədlərin (qaimə, tələbnamə, köçürmə, inventar aktı və s.) düzgün tərtib edilməsi;
- ERP məlumatları ilə faktiki anbar qalığının uyğunluğunun təmin edilməsi;
- İnventarizasiya və hesabatlılıq;
- Müntəzəm və növbədənkənar inventarizasiyaların aparılmasının təşkili və iştirak edilməsi;
- Artıq və çatışmayan materialların səbəblərinin araşdırılması;
- Anbar fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- İstehsalat şöbəsi ilə sıx əməkdaşlıq edərək material tələbatının vaxtında təmin edilməsi;
- İstehsalat planına uyğun xammal və material ehtiyatlarının formalaşdırılması;
- İstehsalat prosesində yaranan qalıqların və tullantıların uçotuna nəzarət;
- Anbarda əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və elektrik təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət;
- Kabel barabanlarının, ağır yüklərin və kimyəvi materialların düzgün saxlanmasının təmin edilməsi;
- Anbar sahəsinin səliqəli və təhlükəsiz vəziyyətdə saxlanılması;
- Anbardarların və köməkçi heyətin iş bölgüsünün aparılması;
- Anbar işçilərinin fəaliyyətinə nəzarət və onların iş intizamının təmin edilməsi;
- Yeni işçilərin anbar qaydaları və ERP sistemi üzrə təlimatlandırılması;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi;
- Anbar proseslərinin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
- Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim edilməsi
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş anbardar” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.