STP Global Cable STP Global Cable
  • 714

Büdcə Mütəxəssisi / Maliyyə Analitiki

Büdcə Mütəxəssisi / Maliyyə Analitiki

  • Deadline 2 June 2025

“STP GLOBAL CABLE” MMC  Maliyyə departamenti, Büdcə, xərclərə nəzarət və hesabatlıq bölməsinə Büdcə Mütəxəssisi-Maliyyə Analitiki vakansiyası elan edir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Büdcə planlaşdırılması və maliyyə analizi sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Maliyyə hesabatlarını oxumaq və təhlil etmək bacarığı;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (məsələn: pivot table, formulalar, qrafiklər) ;
  • ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
  • Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
  • Yüksək kommunikasiya və təqdimat bacarığı.

Hansı işləri görəcəksiniz?

  • Şirkətin illik və dövri büdcələrinin hazırlanması;
  • Büdcə göstəricilərinin faktiki nəticələrlə müqayisə olunması və təhlil edilməsi;
  • Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması;
  • Maliyyə planlaması və proqnozlaşdırma;
  • Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Büdcə Mütəxəssisi/Maliyyə Analitiki” yazaraq  [email protected] mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

  • Daily2
  • Weekly588
  • Monthly208