“STP Global Cable” MMC, Elektrik avadanlıqları zavodu, Mühəndislik bölməsi üzrə Elektrik mühəndisi vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel, Elektrik Avadanlıqları və Qaynar Sinkləmə zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli olmalı;
- Sahə üzrə minimum 3-5 il iş təcrübəsinə malik;
- AvtoCad cə E-Plan üzrə sərbəst işləmə təcrübəsinə mailik;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Elektrik sxemlərinin proqram (AvtoCAD) üzərində çizilməsi;
- Çizilmiş sxemlər üzrə zəif və yüksək elektrik avadanlıqlarının yerləşdirmə planının tərtib edilməsi;
- Layihənin tərtib edilməsi üçün zəruri göstəricilərin və tələblərin müəyyən edilməsi;
- Elektrik və zəyif və yüksək axın layihə sənədlərin tərtib edilməsi ;
- Elektrik sahəsinin iş həcminin müəyyən edilməsi;
- İşlərin görülməsinə dair planın hazırlanması və icrasına nəzarət edilməsi;
- Avadanlıqlarda yoxlamaların aparılması,nasazlıqların aradan qaldırılmasına dair tədbirlərin görülməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik mühəndisi” yazaraq 19.01.2025-ci il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərilməsi xahiş olunur.