STP Global Cable STP Global Cable
  • 309

Mühəndis-normallaşdırıcı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühəndis-normallaşdırıcı

  • Истекает 2 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • AvtoCad və E-Plan üzrə sərbəst işləmə təcrübəsinə mailik;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Plan normanın (qiymətləndirmə üçün material siyahısının) hesablanması; 
  • Faktiki normanın (material sərfiyyatlarının) və işçilik normalarının hesablanması; 
  • Hazır məhsulların siyahısının ERP sisteminə işlənilməsi üçün planlamaya təqdim edilməsi; 
  • İstehsal silgilərinin aparılması üçün planlamaya material siyahısının təqdim edilməsi; 
  • Layihələrin sorğular və istehsalat üzrə hesabatlarının hazırlanması; 
  • Layihələrin satış və layihələndirmə bölməsi arasında koordinasiya edilməsi; 
  • Layihələrin istehsal prosesinin izlənilməsi; 
  • Satınalma tələblərinin açılması üçün siyahının tərtib edilməsi və satınalma bölməsinə məlumatların təqdim edilməsi.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-normallaşdırıcı” yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

  • Daily111
  • Weekly624
  • Monthly504