STP Global Cable STP Global Cable
  • 487

Planlama üzrə menecer

  • Deadline 8 November 2025

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  •  Ali İqtisadi və ya Texniki təhsil;
  •  Azərbaycan dili sərbəst,rus və ingilis dili bilikləri üstünlükdür;
  • Kabel və ya əlaqəli sahədə istehsalat planlaması üzrə minimum 2-4 il iş təcrübəsi.
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Kabel istehsal prosesləri, xammal xüsusiyyətləri, məhsulun texnoloji tələbləri və keyfiyyət standartları barədə güclü biliklərə sahib olmaq.
  • İstehsal planlarının hazırlanması, xammal ehtiyyatlarının hesablanması, istehsalın səmərəli və fasiləsiz təşkili üzrə təcrübə.
  • ERP proqramlarında iş təcrübəsi, istehsalat və tədarük zənciri proseslərinin idarə edilməsində bacarıqlı olmaq.
  • İstehsalat məlumatlarının təhlili, istehsal və ehtiyat göstəricilərinin optimallaşdırılması üçün hesabatlar hazırlamaq.
  • İstehsalat prosesində yaranan planlama problemlərini operativ şəkildə müəyyən etmək və həll yolları təklif etmək.
  • Satınalma, istehsalat, keyfiyyətə nəzarət və digər şöbələrlə effektiv əməkdaşlıq, planların icrasının koordinasiyası.
  • Excel proqramında mürəkkəb cədvəllərin hazırlanması, məlumatların təhlili və vizuallaşdırılması bacarığı.
  • Planlama prosesində yüksək dəqiqlik və məsuliyyətlə işləmək bacarığı

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Planlama üzrə menecer” yazaraq  [email protected] email ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur. 

  • Daily118
  • Weekly445
  • Monthly2008