STP Global Cable STP Global Cable
  • 914

SƏTƏM üzrə müfəttiş

  • Deadline 30 August 2025

“STP GLOBAL CABLE” MMC SƏTƏM bölməsində SƏTƏM üzrə müfəttişvakansiyası elan edir.

Bizim üçün uyğun namizəd:

  • Müvafiq sahədə 3-4 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • Müəssisədə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit standartlarının tətbiqinə və icrasına nəzarət etmək; 
  • Müvafiq qanunvericilik və normativ tələblərə uyğunluğun təmin olunmasını izləmək;
  • İstehsalat və ya iş sahəsində mövcu risklərin müəyyənləşdirilməsi, təhlili və qiymətləndirilməsini həyata keçirmək;
  • Potensial təhlükəli vəziyyətlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri təklif etmək və tətbiqinə nəzarət etmək;
  • Müntəzəm olaraq sahə yoxlamaları və daxili auditlər aparmaq;
  • Uyğunsuzluqları sənədləşdirmək və qabaqlayıcı tədbirlər üzrə təkliflər hazırlamaq;
  • İş yerində baş verən qəza və insidentlərin araşdırılması həyata keçirmək;
  • Araşdırma hesabatları hazırlamaq və təkrarlanmasının qarşısını almaq üçün tədbirləri tövsiyə etmək;
  • İşçilərin təhlükəsizlik və sağlamlıq mövzusunda maarifləndirilməsi üçün təlimlər təşkil etmək;
  • Yeni işçilərə giriş təlimatlarının keçirilməsini təmin etmək;
  • Gündəlik,həftəlik və aylıq hesabatların hazırlanması;
  • İnspeksiya və yoxlamalarla bağlı sənədlərin və protokolların düzgün şəkildə arxiləşdirilməsini təmin etmək;
  • Ətraf mühitin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nəzarət etmək (tullantıların idarə olunması,səs-küy və tozun azaldılması və s.).

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı - Növbəli;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinəSƏTƏM üzrə müfəttiş yazaraq [email protected] mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur. 

  • Daily24
  • Weekly615
  • Monthly733