STP Şirkətlər Qrupu STP Şirkətlər Qrupu
  • 373

Satınalma üzrə baş mütəxəssis / Senior Procurement Specialist

Satınalma üzrə baş mütəxəssis / Senior Procurement Specialist

  • Deadline 28 Oktyabr 2026

Namizədə olan tələblər:

  • Təchizat zənciri idarəetməsi, biznesin idarə edilməsi, mühəndislik və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür.
  • Satınalma/təchizat zənciri idarəetməsi sahəsində minimum 7+ illik iş təcrübəsi, o cümlədən yuxarı (senior) səviyyəli vəzifədə təcrübə.
  • Xammal, istehsalat materialları/komponentləri, avadanlıq və ehtiyat hissələrinin satınalınması daxil olmaqla, həm yerli, həm də beynəlxalq təchizatçılarla strateji satınalma sahəsində güclü təcrübə.
  • Danışıqlar aparma və əlverişli müqavilə şərtlərinin əldə edilməsi bacarığı 
  • Müqavilələrin idarə edilməsi üzrə təcrübənin olması, o cümlədən kommersiya şərtləri, risklərin və məsuliyyətlərin bölüşdürülməsi barədə dərin anlayış, həmçinin INCOTERMS, idxal satınalması, logistika və gömrük prosedurları üzrə praktiki bilik.
  • Tender sənədlərinin dəqiq və vaxtında hazırlanmasından tutmuş təkliflərin təqdim edilməsinə və Tender Komitəsi ilə rəhbərlikdən təsdiqin alınmasına qədər tam tender prosesinin idarə edilməsi təcrübəsi.
  • Təchizatçıların qiymətləndirilməsi və uzunmüddətli, etibarlı tərəfdaşlıqların qurulması daxil olmaqla, əla təchizatçı əlaqələrinin idarə edilməsi bacarığı.
  • Bazar şərtlərinin müqayisəli təhlili və Tədarük risklərinin qiymətləndirilməsi ilə güclü analitik bacarıqlar.
  • Müxtəlif şöbələrlə əməkdaşlıqda rahat işləmək və çoxfunksiyalı mühitdə bir neçə prioriteti eyni vaxtda idarə etmək bacarığı.
  • ERP sistemləri (SAP, 1C və ya oxşar) ilə iş təcrübəsi.
  • MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı.
  • Beynəlxalq təchizatçılarla əminliklə, peşəkar şəkildə ünsiyyət qurmağa və danışıqlar aparmağa imkan verən güclü İngilis dili bilikləri (yazılı və şifahi).
  • Beynəlxalq səviyyəli satınalma/təchizat zənciri sertifikatının (CIPS, ISM/CPSM və ya ekvivalent) mövcudluğu arzuolunandır.

Ümumi vəzifə öhdəlikləri: 

  • Strateji satınalma və tender proseslərinin icrası, istehsalın fasiləsiz davam etməsi üçün materialların (Əsasən xammal, istehsalat materialları, avadanlıq və ehtiyat hissələri) vaxtında təmin edilməsi.
  • Yerli və beynəlxalq təchizatçıların müəyyən edilməsi və əməkdaşlığın inkişaf etdirilməsi, əlverişli əsas kommersiya şərtlərinin əldə edilməsi üçün danışıqların aparılması.
  • Təchizatçıların fəaliyyətinin monitorinqi, o cümlədən keyfiyyət, çatdırılma müddətləri və razılaşdırılmış şərtlərə uyğunluğun izlənilməsi.
  • Təchizatçı ilə müqavilə şəertlərinin razılaşdırılması, əlverişli kommersiya şərtləri təmin edilməsi, idxal logistikası və gömrük prosedurlarının idarə edilməsi.
  • Digər maraqlı struktur bölmələrlə sıx əməkdaşlıqda satınalma prosesinin aparılması, bazar və tədarük risklərinin nəzərə alınması
  • Xərclərin təhlili və ümumi sahiblik dəyərinin (TCO) qiymətləndirilməsi, qənaət imkanlarının müəyyən edilməsi və satınalma qərarlarının icrası.
  • Satınalma fəaliyyətlərinin sənədləşdirilməsinin və şirkət prosedurlarına uyğunluğunun təmin edilməsi, xərclər və təchizatçı performansı barədə rəhbərliyə mütəmadi hesabatların hazırlanması.
  • Şöbə daxilində satınalma proseslərinin təkmilləşdirilməsinə töhfə verilməsi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily1
  • Weekly365
  • Monthly1