İş barədə məlumatlar:
- Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında müəyyənləşəcək);
- 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
- Korporativ nömrə ilə təmin olunma;
- Nahar şirkət tərəfindən verilir;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Vakansiya növü - tam ştat;
- Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
İşin Təsviri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək;
- Müvafiq sənəd əsasında anbara mədaxil olunan mal-materialları uğun mühasibat uçotu registrinə (1C) əlavə etmək;
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq;
- Mal-material alışı ilə bağlı gündəlik və aylıq hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək;
- Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq;
- Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək;
- Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək;
- Anbar sayımı və stok nəzarətini həyata keçirmək;
- Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədləri tərtib etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək;
- Anbar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
- Sənədlərin müvafiq formada təqdim olunmasına nəzarət etmək və uyğun qaydada arxivləşdirmək.
Tələblər:
- Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
- Tikinti sahəsi üzrə 3 ildən yuxarı iş təcrübəsi;
- 1C (8.3) və MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmə bacarığı;
- Xarici dillər: Rus dili və İngilis dili arzuolunandır;
- Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı;
- Satış və anbar arasındakı koordinasiyasını bilməli;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Mal-material üzrə mühasib” qeyd etməklə göndərə bilərsiniz.