Şirkətimiz “Mühasib-operator üzrə təcrübəçi” vəzifəsi üzrə təcrübə proqramını elan edir! Mühasibatlıq sahəsində təcrübə qazanmaq və biliklərini artırmaq istəyən namizədləri komandamıza dəvət edirik.
İş barədə məlumatlar:
- Təcrübə ödənişlidir: 200-300 AZN;
- 5 günlük iş həftəsi - 09:00-dan 18:00-dək, istirahət - şənbə və bazar günləri;
- Nahar şirkət tərəfindən verilir;
- Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz.
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq bölməsinə gündəlik işlərdə dəstək vermək;
- Mühasibat sənədlərinin hazırlanması və arxivləşdirilməsi;
- Daxili mühasibatlıq işlərinində yardım (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və s.);
- Dövlət portalları (e-fov, vergi sistemi və s.) ilə işin öyrənilməsi və tətbiqi;
- E-qaimə fakturalarının yazılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi.
Tələblər:
- Maliyyə, mühasibat və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil;
- Vergi və mühasibat uçotu haqqında ümumi biliklər;
- Universiteti yeni bitirən yalnız xanım namizədlərə üstünlük veriləcəkdir;
- İş təcrübəsi tələb olunmur;
- Xarici dillər: Rus dili mütləqdir, ingilis dili bilənlərə üstünlük veriləcəkdir;
- MS Ofis proqramları üzrə baza bilikləri (xüsusilə Excel);
- Ünsiyyət və komandada işləmə bacarığı;
- Öyrənmə və inkişaf etməyə motivasiya;
- Dəqiq və məsuliyyətli.
Proqram çərçivəsində təqdim olunur:
- Mühasibatlıq sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi;
- Real iş mühiti və sənəd dövriyyəsi ilə tanışlıq;
- Təcrübə müddətini uğurlu keçən namizədlər işlə təmin olunacaqdır.
Maraqlanan şəxslər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Mühasib-operator üzrə təcrübəçi” qeyd etməklə göndərə bilərlər.