Administrator

  • Deadline 17 Dekabr 2026

Port Baku ərazisində fəaliyyət göstərəcək Art Studio-ya Administrator (Reception) vəzifəsi üzrə xanım əməkdaş axtarılır

Əsas vəzifə öhdəlikləri:

  • Studiyaya gələn qonaqların və müştərilərin qarşılanması və yönləndirilməsi;
  • Müştərilərə studiyanın xidmətləri və fəaliyyət istiqamətləri haqqında ilkin məlumatın verilməsi;
  • Daxil olan telefon zənglərinin cavablandırılması;
  • Müştərilərin qeydiyyatının aparılması və dərs / məşğələ cədvəlinin koordinasiyası;
  • Görüşlərin və məşğələlərin vaxtının planlaşdırılması;
  • Gündəlik inzibati işlərin və sənədləşmənin həyata keçirilməsi;
  • Müştərilərlə peşəkar və nəzakətli ünsiyyətin təmin edilməsi;
  • Studiyada səliqə-sahmanın və ümumi iş mühitinin nəzarətdə saxlanılması;
  • Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi mütləqdir;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli və punktual olmaq;
  • Səliqəli xarici görünüş və peşəkar davranış.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily7
  • Weekly326
  • Monthly1257