Qeydiyyatçı / Administrator (Təcrübəçi)

  • Deadline 18 Dekabr 2026

Port Baku ərazisində fəaliyyət göstərəcək premium konseptli Art Studio üçün Qeydiyyatçı / Administrator vəzifəsinə təcrübəçi axtarılır.

Vəzifə öhdəlikləri:

  • Studiyaya gələn qonaqların və müştərilərin qarşılanması;
  • Müştərilərə studiyanın xidmətləri, dərslər və master-klasslar haqqında məlumat verilməsi;
  • Telefon zənglərinin və müraciətlərin cavablandırılması;
  • Dərs cədvəlinin və rezervasiyaların idarə edilməsinə dəstək göstərilməsi;
  • Müştəri məlumatlarının qeydiyyatının aparılması;
  • Gündəlik inzibati və təşkilati işlərə dəstək göstərilməsi;
  • Studiyada səliqəli və xoş qarşılanma mühitinin təmin edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil mütləqdir;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Səliqəli və baxımlı xarici görünüş;
  • Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
  • Komandada işləmək bacarığı.

Təcrübə proqramının şərtləri:

  • Təcrübə müddətində əməkhaqqı nəzərdə tutulmur;
  • Premium konseptli Art Studio-da praktiki təcrübə qazanmaq imkanı;
  • Müştəri xidməti və inzibati idarəetmə sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi;
  • Peşəkar komanda ilə işləmək və yeni təcrübə əldə etmək imkanı;
  • Təcrübə proqramını uğurla başa vuran namizədlər üçün gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily43
  • Weekly362
  • Monthly1292