“StudyLab” təhsil mərkəzi “İngilis bölməsi üzrə Fizika müəllimi” vakansiyası elan edir.
Namizəddən tələblər.
- Fizika sahəsi üzrə ali təhsil. Magistr dərəcəsi üstünlükdür.
- İngilis dilində akademik səviyyədə sərbəst danışıq və tədris bacarığı (minimum B2/C1 səviyyə).
- Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəli olmalı. (beynəlxalq məktəb və ya kurs sahəsində təcrübə üstünlükdür).
- Müasir tədris metodlarından və texnologiyalarından istifadə bacarığı.
- Şagirdlərlə effektiv ünsiyyət və motivasiya yaratmaq bacarığı.
Vəzifə öhtəlikləri.
- Fizika fənnini ingilis dilində tədris etmək.
- Dərs planlarını hazırlamaq və proqram üzrə dərsləri effektiv şəkildə keçmək.
- Tədris proqramı və imtahan suallarının hazırlanması prosesində birbaşa iştirak etmək.
- Şagirdlərin bilik səviyyəsini qiymətləndirmək və inkişafını izləmək.
- Hazırlıq mərkəzinin akademik siyasət və qaydalarına riayət etmək.
- Tədris prosesində innovativ yanaşmalar tətbiq etmək.
İş haqda məlumat.
- Əmək haqqı-Müsahibə əsasında namizədin bilik, bacarıq və təcrübəsinə görə müəyyən olunacaq.
- İş qrafiki - 6 gün.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
Uyğun namizədlər CV-lərini (PDF formada) “İngilis bölməsi üzrə Fizika müəllimi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.