StudyLab təhsil mərkəzi “Mobiloqraf” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhtəlikləri.
- Təhsil mərkəzinin gündəlik fəaliyyətindən foto və video çəkilişlər etmək;
- Dərslər, tədbirlər, layihələr və tələbə nailiyyətləri haqqında kontent hazırlamaq;
- Sosial media platformaları üçün qısa videolar çəkmək və montaj etmək;
- Reels və digər video formatlarını hazırlamaq;
- Çəkilişlər zamanı yaradıcı ideyalar təklif etmək;
- Hazırlanan kontentin keyfiyyətinə və vaxtında təhvil verilməsinə diqqət yetirmək.
- Tələbə uğurları, konsultasiyalar, tədbirlər və şirkətin gündəlik fəaliyyəti ilə bağlı çəkilişlərin təşkili.
- Foto və video arxivinin sistemli şəkildə yaradılması və qorunması.
Namizəddən tələblər.
- Mobiloqrafiya və mobil video çəkilişi üzrə təcrübə;
- Telefonla keyfiyyətli foto və video çəkmək bacarığı;
- CapCut, VN, InShot, Adobe Premiere Pro və ya digər montaj proqramlarından istifadə bacarığı;
- Kreativ düşüncə və estetik baxış;
- Sosial media trendlərini izləmək;
- Məsuliyyətli, operativ və komandada işləmə bacarığı.
İş haqda məlumat.
- Yaradıcı və inkişaf yönümlü iş mühiti;
- Peşəkar inkişaf imkanı;
- Əmək haqqı: Namizədin bilik, bacarıq və portfoliosuna əsasən müsahibə zamanı müəyyən olunacaq.
- İş qrafiki: 6 gün saat 12:00-19:00.
Uyğun namizədlər CV-lərini (PDF formada) və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Mobiloqraf” başlığı ilə göndərə bilərlər.