“StudyLab” Mərkəzi Xaricdə Təhsil üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir!
İş şəraiti
- Bazar ertəsi – Cümə 10:00 -18:30 / Şənbə 10:00 - 16:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Ödəniş: əmək haqqı 1500 AZN – 2000 AZN
- “StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti 39A
İş barədə məlumat:
- Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət);
- Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;
- Tələbələrlə təhsil konsultasiyası; Uyğun universitet və ixtisasların seçilməsi;
- Universitetlərə müraciət proseslərinin yerinə yetirilməsi; Qəbulların alınması;
- Tələbələr üçün təqaüdlərin təyin olunması; Təqaüdlərə müraciət proseslərinin yerinə yetirilməsi;
- Viza müraciətlərinin edilməsi;
- Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;
- Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;
- Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək;
- Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən təsdiq edilmiş Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək
- Ölkə üzrə/ Xaricdə keçirilən tədbirlərdə StudyLab şirkətini təmsil etmək;
Namizədə tələblər:
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan dili, B2 və üzəri İngilis dili
- Sorğuların operativ cavablandırılması qabiliyyəti
- Güclü araşdırma qabiliyyəti/ Satış bacarığı
Maraqlanan namizədlər mövzu yerində “Xaricdə Təhsil üzrə Baş Mütəxəssis” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. (Cover letter arzuolunandır)
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar!