Xaricdə təhsil və tədris xidmətlərinin satışı üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xaricdə təhsil və tədris xidmətlərinin satışı üzrə mütəxəssis

  • Истекает 12 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“StudyLab” Təhsil Mərkəzi peşəkarlar axtarır! 

Vəzifə öhdəlikləri

  • Şirkətin müştəri bazası ilə əlaqə saxlamaq və potensial müştəri bazasından real satışlar həyata keçirmək. 
  • Mövcud tələbələrə yeni xidmətlərin satışı üçün məlumat verilməsi və dərslərə cəlb olunması.
  • Çarpaz satışlar üçün tələbələrin dərs və digər xidmət ehtiyaclarının müəyyən olunması və lazımi xidmətlərlə təmin olunması. 
  • Şirkətin şöbələri və xidmətləri arasında satışın koordinasiya olunması. 
  • Rəhbərlik tərəfindən müəyyən olunan satış strategiyalarının icrasını təmin etmək. 
  • Görülmüş işlərlə bağlı rəhbərliyə hesabat təqdim etmək. 

Namizəddən mütləq tələblər

  • Təhsil sahəsində təcrübənin olması mütləqdir.
  • Ofis proqramlarında xüsusi ilə excel proqramında sərbəst işləyə bilmək. (İşə başlamadan öncə texniki bilikləri yoxlamaq üçün imtahan olacaq). 
  • İngilis dili biliyi B2 səviyyədə olmalıdır.
  • Komanda ilə işləmək bacarığı.
  • Ali təhsil. (İqtisadiyyat, İdarəetmə, Marketinq ixtisasların məzun olan namizdlərə üstünlük veriləcək).

İş haqda məlumat

  • Əmək haqqı: 600-700 AZN+ satışdan bonus (Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq). 
  • Performans dəyərləndirilməsinə uyğun olaraq artan əmək haqqı və vəzifə. 
  • İş qrafiki: Bazar ertəsi – Cümə 10:00 -19:00  / Şənbə 10:00  - 16:00 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
  • Ünvan: Atatürk pr 39 A. StudyLab təhsil mərkəzi. 

Uyğun namizədlər CV-lərini (PDF formada) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Xaricdə təhsil və tədris xidmətlərinin satışı üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər. 

Qeyd: Seçilmiş namizədlər müsahibəyə dəvət olunduqları zaman qeyd olunan vəzifə öhdəliklərinə uyğun olaraq şirkəti araşdırmaqları və müsahibəyə real təkliflərlə hazırlaşıb gəlməkləri xahiş olunur. 

  • Daily0
  • Weekly389
  • Monthly2331