Summer Tour Azerbaijan MMC hal-hazırda Turizmin təşkili üzrə mütəxəssis vəzifəsinə təcrübəli namizədlər axtarır!
Vəzifə öhdəlikləri:
- Yerli və beynəlxalq turların təşkili və icrasını həyata keçirmək.
- Müxtəlif istiqamətlər üzrə yeni tur proqramlarının hazırlanması, satışı və icrasınını həyata keçirmək.
- Qrup və fərdi müraciətlərin hesablanması (viza dəstəyi, transfer, restoran, muzey, bələdçi xidmətləri, hotellərin bronlaşdırılması və s.).
- Rezervasiya sistemlərindən istifadə edərək tur paketləri və turizm xidmətlərini bronlaşdırılmaq.
- Hotellər və digər xidmət təminatçıları ilə xüsusi qiymətlərin əldə edilməsi üçün danışıqlar aparmaq.
- Tur proqramlarının təşkili üçün hotellər, restoranlar, bələdçilər, nəqliyyat şirkətləri və digər partnyorlarla əlaqə saxlayaraq qiymət cədvəlləri hazırlamaq.
- Müştərilərin cəlb edilməsi üçün marketinq məqsədli elektron məktubların hazırlanmaq və göndərmək.
- İşgüzar tədbirlərdə, info turlarda və sərgilərdə iştirak edərək şirkəti təmsil etmək.
- Turizm tədbirlərinin, festivalların və promosyon kampaniyalarını planlaşdırmaq və icrasını həyata keçirmək.
- Mövcud və yeni partnyorlarla davamlı əlaqələr qurmaq və sorğuları cavablandırılmaq.
- Tələb olunan hesabatların vaxtında mühasibatlığa təqdim etmək.
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirmək.
Tələblər:
- Turizm sahəsində peşəkar təcrübə
- Bakalavr təhsil dərəcəsi
- Azərbaycan, İngilis, Rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş saatı 10:00-19:00
- Ünvan: Bakı, AF Mall 2-ci mərtəbə
Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.