Ünvan: Bakı
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasında daxili turları təşkil və icra etmək.
- Azərbaycan Respublikası daxilində turizm məhsulunu yaratmaq və cari məhsulu yeniləmək.
- Qrup tur və fərdi müraciətləri hesablamaq (transfer, restoran, muzey və bələdçi xidmətlərinin şifarişi və s.).
- Sifariş olunan turları nəzarətdə saxlamaq.
- Hər zaman yeni turizm təminatçılarından xüsusi qiymətlər əldə etmək üçün danışıqlar aparmaq.
- Tur proqramlarının təşkil edilməsi üçün xidmət təminatçıları ilə (restoranlar, bələdçilər, nəqliyyat şirkətləri, muzeylər və s.) əlaqə saxlayıb qiymət cədvəlini yaratmaq və qiymət cədvəllərinin aktuallığına nəzarət etmək.
- Təminatçıların işinin keyfiyyətinə nəzarət etmək.
- Elektron sorğuları vaxtında cavablandırmaq.
Tələblər:
- Turizm sahəsində 2 il peşəkar təcrübə
- Bakalavr təhsil dərəcəsi
- Azərbaycan, İngilis, Rus dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office (Word, Excel, PowerPoint) proqramlarından istifadə bacarığı
- Problem həll etmə, planlama, vaxtın idarə edilməsi bacarıqları
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı
- İnternetdən aktiv istifadə etmək və sürətli axtarış
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş saatı 10:00-19:00
- Ünvan: AF Mall 2-ci mərtəbə
Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini 25.07.2024-cü il tarixinə qədər e-mail ünvanına göndərmələri xahiş olunur.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.