İş şəraiti
- İş yeri: ‘’SUPERTOYS MMC’’ Sədərək TM
- Əmək haqqı: 1500 AZN
- İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi 9:00-17:30, şənbə günü 9:00-15:00 )
İşin təsviri:
- Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarına nəzarət etmək;
- Debitor və kreditorlar ilə bağlı əməliyyatlara nəzarət edilməsi;
- Bank və kassa ilə bağlı biliklərin olması (pos terminal çıxarışları ilə işləmə bacarığının olması üstünlükdür);
- Maliyyədə kənarlaşmaları vaxtında təyin edib, koordinasiyalı şəkildə digər şöbələrlə əlaqəyə keçib (bəzəndə şöbədaxili) aradan qaldırmalı
- Əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsinə nəzarət etmək;
- İşçilərin gündəlik işlərinin icrasına nəzarəti həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən gündəlik (həftəlik,aylıq) işlərin icrasını nəzarətdə saxlamaq.
Tələblər:
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Pərakəndə satış sahəsində təcrübəsi üstünlükdür;
- ERP proqramları ilə işləyə bilmə bacarığı;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Exceli) bilməli;
- Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
Komandamızda olmaq istəyən namizədlər “CV ”-lərini mövzu hissəsində vəzifə adını “Aparıcı Mühasib“ qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.