İş barədə məlumat:
- Sosial media və e-ticarət komandasının gündəlik fəaliyyətlərinin effektiv şəkildə idarə olunması;
- SMM mütəxəssislərinin iş qrafiklərinin tərtib olunması və filiallar üzrə düzgün bölgüsünün aparılması;
- Komanda üzvlərinin fəaliyyətinə nəzarət və iş keyfiyyətinin daimi monitorinqi;
- SMM komandasının aylıq hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Hər bir komanda üzvü üçün fərdi satış planlarının müəyyən olunması və icrasının izlənilməsi;
- Rəqəmsal satış və marketinq fəaliyyətlərinin əlaqələndirilməsi, performansın artırılmasına yönəlik təkliflərin verilməsi.
Namizədə tələblər:
- Sosial media idarəçiliyi və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi;
- Komanda idarəetmə və planlaşdırma bacarıqları;
- Operativlik, yüksək məsuliyyət və dəqiqlik;
- Yaradıcı düşüncə, təşəbbüskarlıq və etibarlılıq.
Əmək haqqı: 800-1000azn
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sosial Media və E-Com Komanda Rəhbəri” yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.