TikToker (Kontent yaradıcısı)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

TikToker (Kontent yaradıcısı)

  • Deadline 19 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Supertoys komandamıza yaradıcı, kamera qarşısında sərbəst çıxış edə bilən və TikTok platformasında aktiv kontent yarada biləcək TikToker (Kontent yaradıcısı) axtarırıq.

Vəzifə öhdəlikləri:

  • TikTok üçün gündəlik kontent videolarının hazırlanması və çəkilişində iştirak etmək; 
  • Kamera qarşısında məhsulların və kampaniyaların təqdimatını etmək; 
  • Trend olan TikTok formatlarını izləmək və uyğun kontent yaratmaq; 
  • Kreativ video ideyalarının hazırlanmasında iştirak etmək; 
  • Şirkət məhsullarını cəlbedici və satış yönümlü formada təqdim etmək; 
  • TikTok canlı yayımlarında iştirak etmək və məhsul təqdimatı etmək; 
  • Video çəkiliş prosesində komanda ilə əməkdaşlıq etmək; 
  • Paylaşılan kontentlər üçün performansın artırılmasına dəstək vermək. 

Tələblər:

  • Yaş: 18-28 bəylər
  • Kamera qarşısında sərbəst və inamlı çıxış bacarığı; 
  • TikTok trendləri və qısa video formatları haqqında anlayış; 
  • Kreativ düşüncə və improvizasiya bacarığı; 
  • Aktiv, enerjili və kommunikativ olmaq; 
  • Satış yönümlü təqdimat bacarığı; 
  • Canlı yayımların aparılması
  • Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili üstünlükdür). 

Üstünlükdür:

  • TikTok və ya Instagram Reels kontent təcrübəsi; 
  • Portfolio
  • CapCut və ya digər montaj proqram biliyi;
  • Influencer və ya creator təcrübəsi; 
  • Canlı yayım (TikTok Live) təcrübəsi; 
  • Uşaq məhsulları və ya pərakəndə sahədə təcrübə.

Təklif edilən şərtlər:

  • İş qrafiki: Tam iş günü
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
  • Karyerada yüksəlmək imkanı
  • Əmək haqqı: 700 AZN+Bonus

Bu sahədə təcrübəsi olmayan, lakin özündə potensial və öyrənmə həvəsi görən namizədlər də müraciət edə bilərlər.

Mövzu hissəsində “TikToker (Kontent yaradıcısı)” qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Əlaqə: 055-220-23-72 (whatsapp) 

  • Daily2
  • Weekly626
  • Monthly2072