Vəzifənin məqsədi:
- Şirkətin 1C proqramında satış, alış, anbar və məhsul hərəkətləri ilə bağlı məlumatların vaxtında və düzgün daxil edilməsini təmin etmək, sənədlərin sistemdə uçotunu aparmaq və məlumatların dəqiqliyini qorumaq.
Vəzifə öhdəlikləri:
- Şirkətdə baş vermiş bütün təsərrüfat və uçot əməliyyatlarının gündəlik olaraq 1C proqramına düzgün və vaxtında daxil edilməsi;
- Müvafiq məlumatlar əsasında gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Uçot məlumatlarının düzgünlüyünə nəzarət və aşkar edilmiş uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi;
- Digər şöbələrdən daxil olan sənədlərin yoxlanılması və 1C sistemində işlənilməsi;
- Elektron və kağız daşıyıcılarda olan sənədlərin uçotunun aparılmasına dəstək göstərilməsi.
Tələblər:
- 1C proqramı ilə işləmək üzrə minimum 1 il iş təcrübəsi;
- Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Mühasibatlıq, maliyyə və ya uçot sahəsində iş təcrübəsi;
- MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı işləmə bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Sənədlərlə işləmə və məlumatların dəqiq daxil edilməsi bacarığı.
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Dinamik və peşəkar iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.