Baş mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş mühasib

  • Истекает 24 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:

  • Müəssisədə həyata keçirilən mühasibatlıq əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
  • Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
  • ƏDV, Əmlak, ÖMV, Mənfəət, Aksiz, və  Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə cari vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Müəssisənin vergi öhdəliklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
  • Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar;
  • Aparıcı mühasibin və mühasiblərin işinə nəzarət;

Tələblər:

  • Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Baş mühasib kimi topdan və pərakəndə satış sahəsində iş təcrübəsi - 3 ildən artıq;
  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • MS Office proqramlarını bilməli, (xüsusilə də yüksək səviyyədə Excel və Power BI bilikləri üstünlükdür)
  • Dead-line`larla işləməyi bacarmalıdır
  • Stresə dözümlülük, komanda ilə işləmək bacarığı, qərar qəbulu, prioritetləri müəyyənləşdirmək kimi idarəçi  keyfiyyətlərinə malik olmalıdır .
  • Yaş həddi  28-45 
  • PMS sertifikatı arzuolunandır. 

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.

Müraciət qaydaları:

  • CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. 
  • Daily19
  • Weekly405
  • Monthly2153