Vəzifə öhdəlikləri:
- Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi
- Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- Gömrük hesabatlarının düzgün işlənilməsi və lazımi şöbələrə təqdim edilməsi
- Yola çıxan idxal mallarını daşıyan nəqliyyat vasitələrinin izlənilməsi
- Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin hazırlanması
- Boşaltma yerlərinə çatan yüklərin əsas gömrük bəyannaməsinin düzənlənməsi
- Müəyyən logistik işlərin koordinasiyası
- Görülən işlərin hesabatlarının hazırlanması və rəhbərə təqdim edilməsi
Namizədə tələblər:
- Gömrük Bəyannamələrinin növləri haqqında biliklərin olması
- Müvafiq sahə üzrə iş təcrübəsi
- İşində operativ, punktual məsuliyyətli və dəqiq olması
- Microsoft Office proqramlarından istifadə bacarığı
- Analitik düşüncə tərzi
- Ünsiyyət qurma və komandada işləmə bacarığı
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
Müraciət qaydası:
CV-nizi qeyd edilmiş elektron poçt ünvanına mövzu hissədə vəzifə adını -“Deklarant (Gömrük bəyannaməçisi)” yazıb göndərməklə müraciət edə bilərsiniz.