Kateqoriya üzrə menecer

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kateqoriya üzrə menecer

  • Истекает 26 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı şəhəri 

Vəzifə öhdəlikləri:

Kateqoriya idarəetməsi və məhsul portfeli

  • Kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılması və inkişaf etdirilməsi
  • Satış göstəriciləri, marja, dövriyyə və stok səviyyələrinin təhlili və nəticələrinə uyğun optimallaşdırma təklifləri
  • OEM/ODM məhsullarla işləyən Çin zavodları ilə məhsul seçimi, qiymət danışıqları və keyfiyyət nəzarəti proseslərində iştirak
  • Tam konteyner (FCL) yükləmələri ilə bağlı planlama və koordinasiya

Analitika və sistem idarəçiliyi

  • Satış, dövriyyə, marja və stok üzrə analitik hesabatların hazırlanması
  • ERP sistemində yeni məhsulların kodlaşdırılması və düzgün məlumatların qeydiyyatı
  • Kateqoriya üzrə aylıq və illik performans hesabatlarının hazırlanması
  • Bazar araşdırmaları, rəqib məhsulları, qiymətləri, trend dəyişiklikləri və yeni məhsul imkanlarının təhlili

Vendor və tədarük əlaqələri

  • Çin istehsalçıları ilə gündəlik ingilis dilli yazışmalar və onlayn görüşlərin təşkili
  • Qablaşdırma, MOQ, spesifikasiya təsdiqləri, logistika və konteyner yüklənmələri üzrə zavodlarla koordinasiya
  • Keyfiyyət, qiymət, istehsal müddəti və təchizatın davamlılığı üzrə vendor performansının qiymətləndirilməsi

Tələblər:

Təhsil və təcrübə:

  • Ali təhsil ( biznes, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr )
  • Analitika, kateqoriya idarəetməsi sahəsində təcrübə üstünlükdür

Bilik və bacarıqlar:

  • Excel-də yüksək səviyyədə işləmək bacarığı
  • Analitik düşüncə və detala diqqət
  • ERP və Power BI bilikləri üstünlükdür
  • Ünsiyyət, koordinasiya və komanda daxilində iş bacarıqları
  • İngilis dili (B2 səviyyəsindən aşağı olmayan)
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü
  • İnkişaf etməyə açıq
  • Operativ və təşəbbüskar

Təminatlar:

  • Peşəkar inkişaf və təlim imkanları
  • Korporativ mühit və güclü komanda ilə çalışma imkanı
  • Karyera yüksəlişi 
  • Rəqabətədavamlı əmək haqqı
  • Nahar ilə təmin edilmə;
  • KPI sisteminin tətbiqi;
  • Korporativ mobil nömrə.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kateqoriya üzrə menecer” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. 

  • Daily0
  • Weekly265
  • Monthly2207