Vəzifənin məqsədi:
- Şirkətin strateji və əsas müştəriləri ilə iş prosesində Key Account Manager-ə dəstək vermək, müştəri sifarişlərinin, müqavilələrin, hesabatların və müştəri məlumatlarının düzgün idarə olunmasını təmin etmək, satış hədəflərinin icrasına və müştəri məmnuniyyətinin artırılmasına töhfə vermək.
Vəzifə öhdəlikləri:
- Platformalarda həyata keçirilən kampaniyaların gündəlik izlənilməsi, icrasının təmin edilməsi və nəticələrinin monitorinqi;
- Satışı həyata keçirilən məhsulların qiymətlərinə nəzarət etmək və qiymət dəyişikliklərinin düzgün tətbiq olunmasını təmin etmək;
- Məhsul satışlarının mütəmadi təhlilini aparmaq, satışların artırılması istiqamətində təkliflər vermək və tədbirlər görmək;
- Korporativ və strateji müştərilərlə operativ kommunikasiyanı təmin etmək;
- Müştəri sifarişlərinin qəbul edilməsi, koordinasiyası və icrasının izlənilməsi;
- Debitor borcların izlənilməsi və vaxtında yığılmasına dəstək göstərmək;
- Şirkətin qiymət siyasətinə uyğun olaraq satış prosesinin idarə olunmasına dəstək vermək;
- Müştəri məlumat bazasının yenilənməsini və düzgün saxlanılmasını təmin etmək;
- Satış hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak etmək;
- Key Account Manager tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
- Satış, müştəri xidmətləri və ya korporativ müştərilərlə iş sahəsində minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur;
- MS Office proqramları (xüsusilə Excel) üzrə işləmə bacarığı;
- Rus dili – B2 səviyyəsində, İngilis dili – A2 səviyyəsində bilik arzuolunandır;
- Analitik düşünmə və hesabatlarla işləmə bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətli, dəqiq, dürüst və nəticəyönümlü olmaq;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
- Ezamiyyət və region səfərlərində iştirak etməyə hazır olmaq.
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
- Dinamik və peşəkar iş mühiti;
- Peşəkar və karyera inkişafı imkanları;
- Korporativ mobil nömrə və danışıq limiti;
- Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Key Account Manager Assistant” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.