Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması və analiz edilməsi;
- Satış strategiyasının hazırlanması;
- İnternet və media kanalları üzərindən potensial müştəri və tender axtarışını təmin etmək;
- B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək;
Tələblər:
- Korporativ satış sahəsində iş təcrübəsi;
- Distribusiya şirkətlərində iş təcrübəsi;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Öz müştəri bazasının mövcud olması;
- Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı;
- İdarəetmə bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Ali təhsil;
- Dil bilikləri : Səlis Azərbaycan dili; İngilis dili və Rus dili arzu olunandır;
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Fiks əmək haqqı və bonus sistemi;
- Korporativ mobil nömrə;
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını - “Korporativ satış şöbəsinin rəhbəri” yazıb göndərməklə müraciət edə bilərsiniz.