İş yeri: Mingəçevir
Vəzifə Öhdəlikləri:
- Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi;
- Tabeçiliyindəki komandanı idarə etmək, peşəkar cəhətdən yetişdirmək və motivasiyada saxlamaq;
- Müştəri məmnuniyyətini təmin etmək və yeni müştərilər qazanmaq;
- Mağazada məhsul qalığına nəzarət edilməsi;
- Daxili standratlara uyğun olaraq rəf düzülüşünə nəzarət etmək
- Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
- Mağazanın səliqə-səhmanına və heyətin nizam-intizamına nəzarət etmək.
Tələblər:
- Ali təhsil arzu olunandır;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- İdarəetmə bacarığı;
- Analiz etmək bacarığının olması;
- İşgüzar davranış etikasının olması;
- Outlook, MS Office proqram biliyi;
- Komanda ilə işləmək bacarığı;
- Dil biliyi - Azərbaycan dili (Əla), xarici dil biliyi üstünlükdür;
İstirahət günləri: Həftə ərzində 1 gün;
Təminatlar:
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə
- Bonus sistemi
- Təlimlər
- Əmək məzuniyyəti
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını “Mağaza müdiri (Mingəçevir)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.