Vəzifə öhdəlikləri:
- İş sahəsində əməyin mühafizəsi, sağlamlığın qorunması və yanğından mühafizə sistemini yaratmaq və tətbiq etmək;
- İş proseslərinin əməyin mühafizəsi, ekoloji və yanğın təhlükəsizliyi, sanitar-epidemoloji, əhalinin və ərazinin fövqəladə hallardan mühafizə qaydalarına uyğun olaraq təşkil edilməsinə, həmçinin Cəmiyyətdaxili normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə mütəmadi nəzarət etmək;
- İşə qəbul olunan yeni işçilərə giriş, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə təlimatının keçirilməsini təmin etmək. İş rəhbərlərinin ilkin, təkrar, növbədən kənar və məqsədli/birdəfəlik təlimatların keçirməsinə nəzarət etmək;
- Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili maarifləndirici təlimlər keçmək;
- Mexanizm və qurğularda mühafizə vasitələrinin yerində və saz olmasına, qurğu və aparatların işçilər tərəfindən qaydaların tələbinə uyğun istifadə edilməsinə nəzarət;
- Elektrik qurğuları və cihazlarının torpaqlanmasına, kabelləşmənin vəziyyətinin sazlığına nəzati yoxlamaq;
Tələblər:
- Ali təhsil(mühəndislik sahəsi üzrə);
- Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
- SƏTƏM mütəxəssisi sertifikatı (FHN razılaşdırılmış)
- Microsoft Office proqramları üzrə kompüter biliyi;
Təminatlar:
- Rəqabətli əmək haqqı sistemi;
- 5 günlük iş rejimi
- Korporativ mobil nömrə;
- Peşəkar inkişaf və karyera imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis (Gəncə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.