Vəzifə öhdəlikləri:
- Aylıq, illik ticari marketinq aktivliklərinin hazırlanması
- Kampaniyaların gündəlik, həftəlik, aylıq izlənilməsi
- Kampaniya hesabatının hazırlanması
- Kampaniya üçün POS materiallarının hazırlanması və satış nöqtələrinin təmin edilməsi
- Məhsul və müştəri portfelinin analiz edilməsi və buna uyğun təkliflərin verilməsi
- Ərazinin ziyarət edilməsi, rəqiblərin analiz olunması, müştəri geridönüşlərinin yığılması
Tələblər:
- Təhsil: Ali təhsil
- Ticari marketinq sahəsində 2 ildən çox iş təcrübəsi
- Yüksək səviyyədə Excel və Power Point bilikləri
- Analitik düşüncəyə sahib olmaq
- Xarici dil biliyi üstünlükdür (ingilis dili)
- Problemləri həll etmə bacarığı
- Ezam getməyə açıq olmaq (Sürücülük vəsiqəsinin olması)
- Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı
- Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü
- Komandada işləmək bacarığı
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- KPI sistemi;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə
Müraciət qaydaları:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını “Ticari marketinq meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz.