Trade Marketing Menecer

  • Истекает 4 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifənin məqsədi: 

  • Şirkətin satış həcmlərinin artırılması, məhsulların satış nöqtələrində effektiv təqdimatının təmin edilməsi, brend görünürlüğünün gücləndirilməsi və satış kanallarında marketinq fəaliyyətlərinin səmərəli idarə olunması məqsədilə trade marketing strategiyalarının hazırlanması və həyata keçirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satış strategiyasına uyğun olaraq trade marketing fəaliyyətlərini planlamaq və icrasını təmin etmək;
  • Satış nöqtələrində məhsulların görünürlüğünü və təqdimat standartlarını inkişaf etdirmək;
  • Merchandising standartlarını hazırlamaq, tətbiq etmək və nəzarətdə saxlamaq;
  • Satışları artırmağa yönəlmiş promosiya, kampaniya və aktivliklərin hazırlanması və həyata keçirilməsini koordinasiya etmək;
  • Distribyutorlar, satış komandası və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq etmək;
  • Satış nöqtələrinin mütəmadi monitorinqini aparmaq və bazar vəziyyətini təhlil etmək;
  • Trade marketing büdcəsinin planlaşdırılması və idarə edilməsində iştirak etmək;
  • Kampaniyaların effektivliyini qiymətləndirmək və rəhbərliyə hesabatlar təqdim etmək;
  • Rəqiblərin fəaliyyəti, bazar tendensiyaları və istehlakçı davranışlarını təhlil etmək;
  • POSM materiallarının hazırlanmasını və düzgün istifadəsini təmin etmək.

Tələblər:

  • Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Trade marketing, marketinq və ya satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Elektronika, məişət texnikası, FMCG, distribusiya və ya retail sektorunda təcrübəyə üstünlük verilir;
  • Satış kanalları, merchandising, kateqoriya idarəetməsi və trade marketing alətləri üzrə biliklər;
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı;
  • MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
  • Güclü ünsiyyət, təqdimat və koordinasiya bacarıqları;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Azərbaycan dili üzrə səlis bilik, rus və ingilis dili bilikləri üstünlükdür.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Trade Marketing Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.

  • Daily0
  • Weekly570
  • Monthly570